Telegram post izlənməsi niyə vacibdir
Telegram kanalında hər postun altında göz işarəsi və baxış sayı var. Kanalda reklam yerləşdirmək istəyən biznes əvvəlcə üzv sayına, sonra isə son postların orta baxışına baxır, çünki reklamı görəcək insan sayını bu göstərir. 10 min üzvlü, amma hər postu 100 nəfərin gördüyü kanal zəif və ya "ölü" təsiri bağışlayır. İzlənmə almaq bu nisbəti düzəldir və kanalın aktiv görünməsinə kömək edir.
Tək post, yoxsa son postlar
Telegram izlənmə xidmətləri fərqli işləyir. Bəziləri bir konkret postun linkini qəbul edir, məsələn t.me/kanal/125. Bəziləri isə kanalın son bir neçə postuna eyni vaxtda baxış əlavə edir, bəziləri gələcək postlara avtomatik izlənmə verir. Hansı rejimin olduğu kartda yazılıb. Bir reklam postunu gücləndirmək üçün tək post xidməti, kanalın ümumi statistikasını balanslaşdırmaq üçün isə son postlar xidməti daha uyğundur.
Reklam satırsansa, bir məqamı nəzərə al: bir çox reklam verən statistika servislərində kanalın baxış dinamikasını da yoxlayır, yəni baxışın vaxta görə necə toplandığını. Bir anda gələn böyük baxış sıçrayışı ilə tədricən toplanan baxış fərqli görünür. Ona görə mümkün olduqda yavaş çatdırılan xidmət seçmək və rəqəmi üzv sayına uyğun saxlamaq daha təbii nəticə verir.
Diqqət ediləcək məqamlar
Kanal açıq olmalı və ictimai linki olmalıdır, qapalı kanalda postlara çatdırılma adətən mümkün olmur. Postun linkini kopyalamaq üçün postu sıxıb "Linki kopyala" seç. Rəqəm üzv sayına uyğun olsun, üzvdən qat-qat çox baxış da qəribə görünür. Eyni posta eyni vaxtda iki izlənmə sifarişi vermə. İzlənmələrdə düşmə adətən azdır, amma bərpa şərtlərini kartda yoxla.
Belə də axtarırlar: telegram izlenme al · teleqram izlənmə artırma · telegram post baxis artirmaq · telegram görüntülenme satın al · telegram views al · telegram kanal izlenme