Səhifə bəyənməsi və post bəyənməsi
Facebook-da iki fərqli bəyənmə var. Səhifə bəyənməsi səhifənin özünə aiddir və köhnə tip səhifələrdə "bəyənir" sayı kimi görünür. Post bəyənməsi isə konkret paylaşımın altındakı reaksiyalardır. Kampaniya, endirim elanı və ya məqalə paylaşmısansa, post bəyənməsi lazımdır. Səhifənin ümumi nüfuzunu artırmaq istəyirsənsə, səhifə bəyənməsi və ya izləyici seç. Kartda hansı link növü üçün olduğu yazılıb, səhv link sifarişi dayandırır.
Facebook bəyənmə artırma nə vaxt işə yarayır
Facebook reklamında insanlar postun altındakı reaksiya sayını görür və bu, onların klikləmək qərarına təsir edir. Az reaksiyalı reklam postu daha zəif təsir bağışlayır. Bəyənməni reklam başlamazdan əvvəl və ya yeni postu paylaşan kimi sifariş etmək daha məntiqlidir. Rəqəm səhifənin ölçüsünə uyğun olsun: 200 izləyicili səhifədə bir postda 10 min bəyənmə suallar doğurur. Bəzi xidmətlərdə sadəcə bəyənmə, bəzilərində digər reaksiyalar da var.
Reklamla birlikdə istifadə edərkən bir detalı unutma: Facebook reklam kimi yayımladığın mövcud postu istifadə edirsə, həmin postdakı reaksiyalar reklamda da görünür. Ona görə bəyənməni reklamda istifadə edəcəyin postun linkinə sifariş et. Yeni reklam yaradılanda isə ayrıca post əmələ gəlir və əvvəlki bəyənmələr ona keçmir.
Sifariş qaydaları
Post və səhifə hamıya açıq olmalıdır, "yalnız dostlar" paylaşımlarına çatdırılma olmur. Qrup daxilindəki postlar çox vaxt dəstəklənmir. Eyni linkə eyni vaxtda iki bəyənmə sifarişi vermə. Bəyənmələrdə müəyyən qədər düşmə ola bilər, bərpalı xidmətlərdə bu müddət ərzində tamamlanır. İlk dəfə kiçik həcmlə başla və sifarişin gedişatını izləmə səhifəsində yoxla.
Belə də axtarırlar: facebook beyenme al · facebook bəyənmə artırma · facebook like al · facebook sayfa beğeni satın al · facebook post like artirmaq · fb like al